This is a specific ad

Kobaxidze: “Gürcüstanda sabit hökumət var, siyasi böhran yoxdur”

63

Another advertisement

Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib ki, bu ölkədə sabit çoxluq, sabit hökumət var və siyasi böhran yoxdur.

İqtisadiyyata gəlincə, Baş nazirin sözlərinə görə, iqtisadi baxımdan qısamüddətli sarsıntı olub, lakin hər şey ikiqat sürətlə bərpa olunacaq.

“İqtisadi nöqteyi-nəzərdən bu, qısamüddətli sarsıntı idi, lakin biz çox tezliklə bunun öhdəsindən gələcəyik və ölkəmizdə hər şey ikiqat sürətlə bərpa olunacaq. Siyasi böhrana gəlincə, siyasi böhran yoxdur. Siyasi böhran o deməkdir ki, ölkədə sabit hökumət, parlamentdə sabit çoxluq yoxdur. Bu ölkədə sabit çoxluq var, sabit hökumət var, ona görə də siyasi böhran yoxdur”, – baş nazir bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ədliyyə Nazirliyi: Hökumət Strasburq məhkəməsində növbəti qələbəsini qazandı
Öncəki yazı
Barbaroba bayramı nə məna kəsb edir?