This is a specific ad

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 15-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər

48

Another advertisement

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 15-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.

QafqazTürk Media xəbər verir ki, barədə məlumatı Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi öz səhifəsində dərc edib.

“Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyanın Ukraynaya təcavüzünə qarşı 15-ci cavab sanksiyası paketi ilə bağlı razılığa gəliblər.

Paket mövcud sanksiyalar siyahısına daha çox fiziki və hüquqi şəxsləri əlavə edir və ixrac qadağalarından yan keçərək Rusiyanın hərbi və texnoloji inkişafına dolayı yolla töhfə verən Rusiya və üçüncü ölkələrdəki şirkətləri hədəfləyir.

Qəbul edilmiş sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə və ya bu hərəkətləri asanlaşdıran siyasətlərə töhfə vermək və ya dəstəkləmək üçün fəaliyyət göstərən üçüncü ölkələrin əlavə gəmilərinin fəaliyyətini məhdudlaşdırır”, – bəyanatda deyilir.

Sonrakı yazı
“Mən Avropa Parlamenti həmkarlarımla Tbilisiyə gedirəm”-Avropa Parlamentinin deputatı Rasa Yukneviciene
Öncəki yazı
Bolnisidə məktəbin informasiya menecerinə hücum edilib