This is a specific ad

Parlament qarşısında etiraz aksiyası davam edir

41

Another advertisement

Parlament qarşısında etiraz aksiyası 14-cü gündür ki, fasiləsiz davam edir.

Rustaveli prospektində mitinq iştirakçıları yolun hərəkət hissəsini zəbt ediblər, buna görə də yol bağlanıb.

Bundan əvvəl dövlət sektorunda çalışan insanlar Respublika Meydanından Parlamentə doğru yürüş edərək aksiyaya qatılıblar.

Mitinq iştirakçıları dövlət qulluqçularının kortejini alqışlarla qarşılayıblar.

Məlumat üçün bildirək ki, vətəndaşlar noyabrın 28-də qəbul edilən “Gürcü arzusu”nun qərarına etiraz edirlər, bu qərara əsasən, Gürcüstan 2028-ci ilin sonuna kimi Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcək. 10 gündən artıqdır ki, paytaxtda və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Sonrakı yazı
Bolnisidə məktəbin informasiya menecerinə hücum edilib
Öncəki yazı
Səhər yeməyində bu qidalardan imtina edin