This is a specific ad

“DTX-nin bugünkü bəyanatı insan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir’-Salome Zurabişvili

42

Another advertisement

“Dövlət Təhlükəsizlik Xidmətinin bugünkü bəyanatı insan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Dövlət Təhlükəsizlik Xidmətinin bugünkü bəyanatını qiymətləndirərkən deyib.

Zurabişvilinin Orbeliani sarayında keçirilən brifinqdə dediyinə əsasən, DTX-nin bəyanatı insanların psixoloji terroruna xidmət edir.

“DTX-nin bugünkü bəyanatı insan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu, bəzi içində “cəsədlər” olan ssenariləri fırlatmaqla insanları psixoloji olaraq qorxudurlar.

“Kənarda dinc nümayişlərin olduğu vaxt, dünən axşam çox yaxşı göründü ki, artıq insan olmayanda nümayişlər çox dinc keçir və problemli bir şey olmur”, – Salome Zurabişvili bildirib.

Məlumat üçün bildirək ki, DTX-nin bu gün yaydığı bəyanatda deyilir ki, “dağıdıcı və cinayətkar fəaliyyətin təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstan prezidentinin seçki prosesini keçirməməyi planlaşdırırlar – bu məqsədlə cinayət təşkilatçıları vəziyyəti  gərginləşdirməyi düşünürlər. Bunda i 2-3 insan qurban olmalıdır”.

Sonrakı yazı
“Gürcüstanda bu gün insan haqlarının qeyd olunduğu deyil, insan hüquqlarının ayaqlar altında tapdalanması günüdür”-Salome Zurabişvili
Öncəki yazı
Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun nüvə silahına malik olduğunu təsdiqləyib