Another advertisement
“Gürcüstanın siyasəti ABŞ və Avropa İttifaqında “ürək yanmasına səbəb olur”, Gürcüstan rəhbərliyinə hücumlar davam edə bilər”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Gürcüstan rəhbərliyinin həyata keçirdiyi, ölkənin milli maraqlarına hörmət və mühafizəyə yönəlmiş praqmatik siyasət Vaşinqtonda, Brüsseldə və Qərb ölkələrinin böyük əksəriyyətində ürək yanmasına səbəb olur. Vaşinqton və Brüsseldən verilən şərhlərə əsasən, güman etmək olar ki, Gürcüstan rəhbərliyinə hücumlar davam edə bilər”, – Qaluzin bildirib.
Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin ölkənin milli maraqlarına yönəlmiş praqmatik kursunu davam etdirmək üçün hələ çox iş görməlidir.