Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb

222

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində görüşün fotolarını yayıb.

Prezident administrasiyasından verilən məlumata görə, Ukrayna prezidenti Gürcüstan prezidenti ilə görüşdə gürcü xalqına hərtərəfli dəstəyini ifadə edib.

Salome Zurabişvili və Vladimir Zelenski Parisdə görüşüblər.

Onu da qeyd edək ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp da Parisdədir.

Bu gecə 40 ölkənin hökumət rəhbərləri beş il əvvəl baş vermiş yanğından sonra bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak edəcək.

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
Marneuli bələdiyyəsində ortayaşlı qadın dəm qazından boğularaq dünyasını dəyişib
Öncəki yazı
Gürcüstanın qismən işğalını tanıyan suriyalı Əsəd qara günlərlə üzləşib – Putinin ordusu Suriyadan çəkiləcəkmi?