This is a specific ad

Lavrov: Rusiya Suriya ordusuna yardım etməyə davam edir

232

Another advertisement

“Təhrir əş-Şam” terrorçularından hazırda Suriyada olduğu kimi geosiyasi məqsədlər üçün istifadə etmək qəbuledilməzdir.

Bunu Dohada Astana formatında keçirilən görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Rusiya Türkiyə və İranla birlikdə Suriyada gərginliyin azaldılması çağırışının eşidilməsinə əmin olmaq üçün addımlar atacaq.

Lavrov Rusiyanın Suriya ordusuna kömək etdiyini də söyləyib.

O, Rusiyanın guya Suriyanın Tartusdakı bazasından gəmiləri çıxarması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.

Bildirib ki, Rusiyanın Aralıq dənizində hərbi təlimləri davam edir.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Səhiyyə Nazirliyi dekabrın 6-da keçirilən etiraz aksiyasında yaralananların vəziyyəti ilə bağlı məlumat yayıb
Öncəki yazı
Mitinq iştirakçıları parlamentə doğru yürüş edəcəklər