This is a specific ad

Mitinq iştirakçıları parlamentə doğru yürüş edəcəklər

225

Another advertisement

Mitinq iştirakçıları Tbilisi Dövlət Universitetinin həyətinə toplaşırlar. Onlar parlamentə doğru etiraz yürüşü təşkil edəcəklər.

Aksiya iştirakçılarının tələbi yenə də yeni seçkilərin təyin edilməsi və aksiya zamanı həbs olunan vətəndaşların azadlığa buraxılmasıdır.

Xatırlatmaq istərdik ki, artıq onuncu gündür ki, Tbilisidə və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Vətəndaşlar noyabrın 28-də “Gürcü arzusu”nun qərarına etiraz edirlər, buna səbəb isə ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməməsidir.

Sonrakı yazı
Lavrov: Rusiya Suriya ordusuna yardım etməyə davam edir
Öncəki yazı
Suriya qüvvələri Həma şəhərini ələ keçiriblər