İşğal olunmuş Abxaziya Baş nazir vəzifəsini icra edən Valeri Bqanbanın sözlərinə görə, Rusiya Abxaziyadan naringi idxalını qadağan edib.
“Rusiya tərəfi sanitar xidmətin qərarı ilə Abxaziyadan naringi idxalına qadağa qoyub”, – Bqanba bildirib.
Rusiya mətbuatı yazır ki, qışda abxaziyalı fermerlərin əsas gəlir mənbəyi Rusiyaya naringi ixracıdır və bu mövsüm Abxaziyadan Rusiyaya 36 min tona qədər sitrus meyvəsinin idxalı nəzərdə tutulurdu.