Another advertisement
Moldova və ABŞ iki ölkə arasında birbaşa uçuşların başlanmasına şərait yaradacaq “Açıq səma” sazişi imzalayacaqlar.
QafqazTürk xəbər verir ki, bu barədə Moldova yerli mətbuatı məlumat yayıb.
Moldova mətbuatının yazdığı üzrə sazişi mayın 18-də ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma və Moldovanın infrastruktur naziri Lilia Dabija imzalayacaqlar.
Məlumata əsasən sazişin qüvvəyə minməsi ölkədə hava xidməti bazarının açılmasına və Kişinyov Beynəlxalq Hava Limanından istiqamətlərin şaxələndirilməsinə töhfə verəcək, diplomatik və iqtisadi əlaqələrin möhkəmlənməsinə, eləcə də ölkələr arasında investisiya əməkdaşlığının təşviqinə müsbət təsir göstərəcək.