This is a specific ad

DİN bir nəfəri polisə hücum etməkdə ittiham edərək həbs edib

254

Another advertisement

Daxili İşlər Nazirliyi bir nəfəri polisə hücum etməkdə ittiham edərək həbs edib.

Verilən məlumata görə, bıçaqla silahlanmış müttəhim noyabrın 30-da Rustaveli prospektində mitinq zamanı Daxili İşlər Nazirliyinin əməkdaşına sağlamlığına xəsarət yetirmək məqsədilə hücum edib.

QafqazTürk Media xəbər verir ki, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri  nəticəsində bir nəfəri  polisə hücum etməkdə təqsirli biliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır.

Daxili İşlər Nazirliyində həyata keçirilən tədbirlər çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri Cinayət Məcəlləsinin 187-ci və 353-cü maddələri ilə istintaqa cəlb olunub, hazırda 7 nəfər tutulub. Həmçinin Cinayət Məcəlləsinin qrup zorakılığını təşkil etmə, ona rəhbərlik etmə və ya bu zorakılıqda iştirak etmə, zorakılıq hərəkətlərinə açıq çağırış kimi 225 və 239-cu maddələri ilə 7 nəfər həbs edilib. Partlayış hazırlamaq ittihamı ilə 1 nəfər həbs edilib”, – məlumatda deyilir.

Sonrakı yazı
“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili Duşeti təcridxanasına yerləşdirilib
Öncəki yazı
Nika Qvaramia Marneulidəki müvəqqəti təcridxanaya yerləşdirilib