This is a specific ad

“Donald Tramp hakimiyyəti rəsmən təhvil aldıqdan sonra beynəlxalq münasibətlər nizamlanacaq”-Kaxa Kaladze

51

Another advertisement

Tbilisi meri Kaxa Kaladze hesab edir ki, Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp hakimiyyəti rəsmən təhvil aldıqdan sonra beynəlxalq münasibətlər nizamlanacaq.

QafqazTürk Media xəbər verir ki, o, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanla bağlı verdiyi açıqlamanı dəyərləndirərkən danışıb.

 “Bilirsiniz ki,  Tramp administrasiyasının rəsmi olaraq vəzifəyə keçməsinə əslində bir neçə həftə qalıb. Səhv etmirəmsə, andiçmə mərasimi yanvar ayında olacaq. Bütün bunları gözləyək. Ukrayna ilə bağlı hansı qərarların verildiyini, vəziyyətin süni şəkildə necə gərginləşdiyini nəzərə alsaq, təbii ki, qeyd olunan bəyanatlar məni təəccübləndirmədi. Hər şey sıralanacaq və yenidən başlayacaq. Biz tərəfdaşlarımızla ölkəmizin və onun gələcək ehtiyaclarına uyğun normal münasibət quracağıq”, – deyə Kaxa Kaladze bildirib.

Sonrakı yazı
Moldova prezidenti Maia Sandu Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefonla danışıb
Öncəki yazı
“Gürcü xalqı Avropa İttifaqının ümididir”-Marko Mixelson