Another advertisement
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki, görüşdə Şalva Papuaşvilinin Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.
Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən və strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olundu.
İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu təqdir edildi.
Eyni zamanda ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olundu.