Another advertisement
“Gürcüstan hökumətinin “Xarici təsirlərin şəffaflığı haqqında” qanunu cəsarətlə müdafiə etməsi məni təəccübləndirdi”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Putinin sözlərinə görə, o, Gürcüstanda baş verənləri təəccüblə izləyirdi.
“Gürcüstanda hadisələr başlayanda, düzünü desəm, bütün bunları təəccüblə izləyirdim. Bizim onlarla, Gürcüstan hökuməti ilə heç bir münasibətimiz yoxdur. Ancaq mən onların cəsarətinə və öz müdafiəsinə qalxmalarına heyran qaldım. İndi mən bu fikri qiymətləndirməyəcəyəm”, – deyə Putin bildirib.