This is a specific ad

Gürcüstanda daşınmaz əmlakın rusiyalılara satışı qadağan oluna bilər

48

Another advertisement

Gürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik layihəsini qeydə alıb.

QafqazTürk.com xəbər verir ki, dəyişikliyə əsasən 2024-cü ilin sonuna qədər Rusiya vətəndaşlarına daşınmaz əmlak satışının qadağan edilməsi nəzərdə tutulur.

“Qanunlayihəsində bildirilir ki, 31 dekabr 2024-cü il tarixinədək Gürcüstanda yaşamaq icazəsi olmayan Rusiya vətəndaşları tərəfindən alqı-satqı müqaviləsi və ya hədiyyə yolu ilə daşınmaz əmlak obyektlərinin alınması qadağandır.

Qeyd olunur ki, qadağa vəsiyyət əsasında daşınmaz əmlak alacaq rusiyalılara şamil edilmir.

Xatırladaq ki, Rusiya vətəndaşları Gürcüstanda 2022-ci ildə 6 mindən çox, 2023-cü ilin birinci rübündə isə 2 mindən çox mənzil alıblar.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
BMT Türkiyə hökumətinə təşəkkür etdi
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?