This is a specific ad

Gürcüstan prezidentliyə namizəd Mixail Kavelaşvili olacaq

249

Another advertisement

Gürcüstan prezidentliyinə namizəd Mixail Kavelaşvili olacaq. “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili partiyanın ofisində keçirilən brifinqdə “Gürcü arzusu”nun Siyasi Şurasının müvafiq qərarı ilə bağlı açıqlama verib.

“Məlum olduğu kimi, Gürcüstan parlamenti Konstitusiyanın hazırkı redaksiyasına uyğun olaraq keçiriləcək Gürcüstan prezidenti seçkilərini təyin edib. Dekabrın 14-də Gürcüstan prezidenti 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək və bu kollegiyada gürcü xalqının qərarına əsasən, əsas səs çoxluğu bizim “Gürcü Arzusu” siyasi partiyası təşkil edir. Odur ki, “Gürcü arzusu”nun dəstəklədiyi namizədin Gürcüstan prezidenti postunu tutacağı aydındır.

Sizə bildirməkdən məmnunam ki, partiyanın siyasi şurasının qərarına uyğun olaraq, mən Mixail Kavelaşvilinin Gürcüstan prezidenti vəzifəsinə namizədliyini təqdim edirəm. Mixail Kavelaşvilinin ictimaiyyətə xüsusi təqdimata ehtiyacı yoxdur. İllərdir uğurlu idmançı kimi Gürcüstanın şərəfini qoruyub. Mişa Gürcüstan futbol komandasının təcrübəli üzvü olub, bir neçə ölkənin dəfələrlə çempionudur. Onun futbolçu karyerası Tbilisi “Dinamo”, “Vladiqafqaz Alanya”, “Mançester Siti”, İsveçrənin aparıcı futbol klubları ilə bağlıdır. Mixail Kavelaşvili hələ siyasi fəaliyyətə başlamazdan əvvəl ölkə üçün vacib olan bütün məsələlərdə öz prinsipial mövqeyini həmişə barışmaz ifadə edirdi. Mixail Kavelaşvili son 8 ildə uğurlu siyasi fəaliyyətlə məşğul olub, siyasi komandamızın görkəmli üzvlərindən biri olub, xüsusən də son bir neçə ildə Gürcüstanın milli maraqlarının qorunmasına, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsinə böyük töhfə verib”, – deyə Bidzina İvanişvili bildirib.

“Gürcü arzusu” bu gün səhər prezidentliyə namizədi əvvəlcə siyasi şuranın iclası formatında, sonra isə majoritar sessiya formatında müzakirə edib.

Məlumat üçün bildirək ki, Gürcüstan prezidentinin seçkiləri dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Bu il ilk dəfə olaraq prezident dolayı yolla 300 üzvdən ibarət seçicilər kollegiyası tərəfindən seçiləcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Prezidentliyə namizəd: “Gürcüstan prezidentinin mövqeyinin böyük məsuliyyətini yaxşı dərk edirəm”
Öncəki yazı
2025-ci ildən şagirdlərin milli qiymətləndirilməsi başlayacaq