This is a specific ad

İran XİN – Biz İsrailin Livana təcavüzünün sona çatmasını alqışlayırıq

234

Another advertisement

İran Xarici İşlər Nazirliyi İsraillə “Hizbullah” arasında əldə olunan atəşkəsə cavab verərək Livanda təcavüzün sona çatmasını alqışladığını bəyan edir.

“Biz İsrailin Livana təcavüzünün sona çatması ilə bağlı xəbəri alqışlayırıq”, – Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib.

Onun sözlərinə görə, İranın Livan hökumətinə, millətinə və müqavimətinə dəstəyi qətidir.

Xatırladaq ki, İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəliblər.

İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, atəşkəsin müddəti Livanda baş verənlərdən asılıdır. Onun sözlərinə görə, İsrail tam hərbi əməliyyat azadlığını qoruyur və Hizbullah razılaşmanı pozaraq silahlanmağa cəhd etsə, hücuma keçəcək.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
2025-ci ildən şagirdlərin milli qiymətləndirilməsi başlayacaq
Öncəki yazı
Gürcüstan prezidentliyinə namizəd bu şəxs olacaq