This is a specific ad

Hərbçilərin maaşları daha 10% artacaq

248

Another advertisement

Komitələrin birgə iclasında Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Çikovaninin açıqlamasına görə, 2025-ci ildə hərbçilərin maaşları 10% artacaq.

Müdafiə naziri vəzifəsinə namizəd hərbçilərə verilən qiymət siyasətindən, onlar üçün sosial şəraitin yaxşılaşdırılmasından danışıb. O, hərbçilərin maaşlarının artım dinamikasına diqqət çəkib.

“Müqavilə xidmətinin sıravi üzvünün əmək haqqı xeyli artıb və bu gün 1770 lari təşkil edir ki, bu da ötən illərlə müqayisədə təxminən 70% artım deməkdir. 2025-ci ildə hərbi qulluqçularımızın maaşları 10% artacaq”, – deyə İrakli Çikovani bildirib.

İrakli Çikovani hərbçilərin mənzillə təmin olunması prosesinə diqqət çəkib.

“Maxata dağında tikintinin ikinci mərhələsinə başlamışıq. Praktiki olaraq hazırlıq və təşkilati işlər başa çatdırılıb. 1200-dən çox hərbçi əlverişli şəraitdə mənzil ala biləcək”, – deyə İrakli Çikovani bildirib.

Nazirliyə namizəd Müdafiə Nazirliyinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial təminatına yönəlmiş proqramlarına da diqqət çəkib. Onun sözlərinə görə, ordu yüksək keyfiyyətli tibbi avadanlıqlarla fəal şəkildə təchiz edilir, əsgərlərin qidalanması, tibbi və sığorta şəraiti ən yüksək standartlara cavab verir.

Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Çikovani Müdafiə və Təhlükəsizlik, İnsan Hüquqlarının Müdafiəsi və Mülki inteqrasiya, Hüquqi məsələlər, Prosessual məsələlər və Qaydalar komitələrinin birgə iclasında dinlənilib.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
“Gürcü Arzusu” bu gün prezidentliyə namizədini açıqlayacaq
Öncəki yazı
İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəliblər