Another advertisement
“Kollektiv Qərb daxili münaqişələri qızışdırır və Gürcüstanda rəngli inqilab yaratmağa çalışır”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov təhlükəsizlik rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
“Kollektiv Qərb daxili münaqişələri, gərginlik ocaqlarını təhrik edir, müxtəlif çirkin geosiyasi texnologiyalardan – genişmiqyaslı informasiya müharibələrindən istifadə edir, – Lavrov bildirib.
Xatırladaq ki, həmin görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkin Tiflisin növbəti rəngli inqilab cəhdi, yəni dövlət çevrilişi cəhdi ilə üz-üzə olduğunu bildirmişdi və ümid edir ki, Qərbin bu cəhdi uğursuzluğa düçar olacaq.