Another advertisement
Gürcüstanın yeni hökuməti cümə axşamı, noyabrın 28-də təsdiqlənəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verib.
Onun sözlərinə görə, bu gün və sabah komitələrdə hökumətin tərkibi və proqramı müzakirə olunacaq.
“Hökumətin tərkibi təqdim olunur. Bu gün və sabah komitələrdə müzakirələr aparılacaq. Hökumətin tərkibi və proqramı cümə axşamı fraksiya iclasında, sonra isə plenar iclasda müzakirə olunacaq və Gürcüstan hökuməti tərəfindən təsdiqlənəcək. Biz cümə axşamı hökuməti təsdiq edəcəyik”, – Papuaşvili bildirib.