Another advertisement
Prezident seçkilərinin tarixini Gürcüstan parlamenti bu gün təyin etməlidir.
QafqazTürk Media xəbər verir ki, Şalva Papuaşvili ötən gün yuxarıda qeyd olunanlarla bağlı jurnalistlərə məlumat verib və bildirib ki, prezidentin seçilməsi və andiçmə mərasiminin bu il baş tutması vacibdir.
“Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Biz 5 il müddətinə prezident seçməliyik. Müvafiq olaraq, 5 il müddətinə seçilən prezident olmaq üçün seçkilərin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, – Papuaşvili bildirib.