Another advertisement
Bidzina İvanişvili, İrakli Kobaxidze və İrakli Qaribaşvili tezliklə deputat mandatlarını tərk edəcəklər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Mamuka Mdinaradze məlumat verib.
Onun sözlərinə görə, onlar bir qayda olaraq siyahıda olublar, amma parlamentdə qalmağı düşünmürlər.
“Bildiyim qədər və bu sirr deyil, Bidzina İvanişvili, İrakli Qaribaşvili və İrakli Kobaxidze parlamentdə qalmağı düşünmürlər. Onlar partiyamızın liderləridirlər və bir qayda olaraq, formal olaraq deputat siyahısında olublar və tezliklə müraciət edərək deputat mandatını tərk edəcəklər” – deyə Mamuka Mdinaradze bildirib.