Another advertisement
Bu gün, 25 noyabr 11-ci çağırış parlamentin “Gürcü Arzusu”ndan olan deputatları komitə sədrlərini seçiblər.
QafqazTürk Media xəbər verir ki, sözügedən siyahını təqdim edir.
- Aqrar məsələlər komitəsinin sədri Qela Samxaruli;
- İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Rati İonatimişvili;
- Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Qivi Mikanadze;
- Ətraf mühitin qorunması və təbii resurslar komitəsinin sədri Maia Bitadze;
- Sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Bekaşvili;
- Diaspora və Qafqaz məsələləri komitəsinin sədri İrakli Zarqua;
- Avropa ilə inteqrasiya komitəsinin sədri Levan Maxaşvili;
- Müdafiə və təhlükəsizlik komitəsinin sədri Aleksandre Tabatadze;
- Mədəniyyət komitəsinin sədri Giorgi Qabunia;
- Regional siyasət və yerli özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili;
- Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze;
- Prosedur məsələləri və qaydalar komitəsinin sədri David Matikaşvili;
- Maliyyə-büdcə komitəsinin sədri Paata Kviçinadze;
- İdman komitəsinin sədri Viktor Sanikidze seçildi;
- Səhiyyə və sosial məsələlər komitəsinin sədri Zaza Lominadze;
- Hüquqi məsələlər komitəsinin sədri Giorgi Kaxiani
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” partiyasının proporsional seçki siyahısının ilk üçlüyü: Bidzina İvanişvili, İrakli Kobaxidze və İrakli Qaribaşvili Parlament mandatından imtina edib.