Another advertisement
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə etiraz aksiyası keçirilir.
Qafqaztürk xəbər verir ki, aksiya yerli telekanallar tərəfindən canlı yayımlanır.
Mitinq iştirakçıları Moskvanın birbaşa reyslərə qoyulan qadağanı aradan qaldırmaq və gürcülər üçün viza rejimini ləğv etmək qərarına Gürcüstan hakimiyyətinin müsbət reaksiyasını tənqid ediblər. Onlar ölkə rəhbərliyindən Tbilisi ilə Moskva arasında tezliklə başlanacağı gözlənilən birbaşa reyslərə qadağa qoyulmasını tələb edirlər.
Etiraz aksiyası parlament binasının arxasında keçirilir.