This is a specific ad

Ölkə parlamentinə giriş məhdudlaşdırılır

19

Another advertisement

Noyabrın 25-də 11-ci çağırış parlamentinin ilk iclası zamanı ziyarətçilərin binaya girişi məhdudlaşdırılacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ölkə parlamentinin rəhbərliyi qərar qəbul edib.

“Noyabrın 25-də Gürcüstan parlamentinin binası sarı təhlükəsizlik səviyyəsində olacaq ki, bu da ziyarətçilər üçün məhdudiyyətləri nəzərdə tutur. Binada akkreditə olunmuş hər telekanaldan cəmi iki çəkiliş qrupu çalışacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə qarşı çıxan müxalifət dünən keçirilən mitinqdə ölkə sakinlərini sabah paytaxtda toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkə muzeylərin sayına görə liderdir
Öncəki yazı
Baş nazir brifinq elan edib