This is a specific ad

Milli musiqimizin babası

24

Another advertisement

Milli musiqimizin babası

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəylinin (1885.18.IX. 1948.23.XI) Anım Günüdür. Vəfat etməsindən 77 il ötür.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, milli musiqi tariximizə adını qızıl hərflərlə yazdıran dahi bəstəkarımızı bu gün hörmətlə anır, ona uca Allahdan rəhmət diləyirik!

Xatırladırıq ki, gənclik illərini Gürcüstanda keçirən dahi Üzeyir bəy ölkəmizlə sıx surətdə bağlı olmuş, Qori Müəllimlər Seminariyasında təhsil alarkən gürcü xalq mahnı yaradıcılığının xarakterik nümunələrini maraqla öyrənmişdi. Buna görə də o, Azərbaycanda gürcü musiqisini təbliğ etmişdi.

Üzeyir bəy bütün müsəlman Şərqində ilk dəfə “Leyli və Məcnun” əsəri ilə opera sənətinin əsasının qoymuş, “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Əsli və Kərəm” (1912) əsərlərini yaratmış, musiqili komediya janrının yaradıcısı olmuşdur: “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1913).

Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır. Dövlət himninin musiqi müəllifidir.

Anım Günü kimi Doğum Günü də tarixə çevrilib; uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.

 

 

Sonrakı yazı
Ölkəmizdə nə baş verir?-Bəlkə birlikdə gözdən keçirək?
Öncəki yazı
Saqqız çeynəməyin faydaları və zərərləri