Another advertisement
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalanti və “HƏMAS” lideri İbrahim əl-Məsrinin həbsinə order verib.
QafqazTürk Media xəbər verir ki, onlara qarşı hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs qərarı verilib.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan mayın 20-də bəyan edib ki, o, 7 oktyabr 2023-cü ildə “HƏMAS”-ın İsrailə hücumu və İsrailin Qəzzada hərbi reaksiyası ilə bağlı iddia edilən cinayətlərə görə həbsə order verilməsini istəyir.
İsrail Haaqa Məhkəməsinin yurisdiksiyasını tanımır. O, Qəzzada hərbi cinayətlər törətdiyini inkar edir. Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin sözlərinə görə, İbrahim əl-Məsrini qətlə yetiriblər.