Another advertisement
“Sovet İttifaqı Əfqanıstandan çıxdığı kimi Rusiya da Ukraynadan çıxmalıdır”- QafqazTürk xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaia Kallas “Politico” nəşrinə müsahibəsində açıqlayıb.
Kallas Rusiyanın qalib gələ bilməyəcəyini aydın başa düşməsi üçün indi Aİ ölkələrinin Ukraynaya dəstəyini davam etdirməsinin zəruri olduğunu bildirib.
Bununla yanaşı, Estoniyanın lideri Ukraynada sülhün bərqərar olması prosesində Çinin rolundan danışıb.
“Burada bir təcavüzkar və bir qurban var. Bütün bunları qeyri-müəyyənliyə çevirmək kiminsə marağındadır. Əlbəttə ki, Çin bizim tərəfimizdə olsa, daha yaxşı olar və biz bu istiqamətdə işləməliyik” – deyə Estoniyanın Baş naziri açıqlayıb.