Prezident Ukrayna xalqına müraciət edib

40

Another advertisement

1000 gündür ki, siz öz ölkənizi qorumaq üçün mübarizə aparırsınız”.

QafqazTürk Media xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili Rusiyanın Ukraynaya təcavüzünün 1000-ci günü ilə bağlı yayımladığı videomüraciətdə bildirib.

1000 gündür ki, siz, ukraynalı dostlar, ölkənizi qorumaq, müstəqilliyinizi qorumaq, azadlığınızı qorumaq üçün mübarizə aparırsınız. Siz bizim adımıza, avropalılar adına, öz azadlığını rus imperializmindən, Rusiyanın tabeliyindən, ilhaqından qorumaq istəyən hər kəsin adından mübarizə aparırsınız. Sizin bu mübarizəniz, əziz ukraynalı dostlar, heç vaxt unudulmayacaq. Və bu gün işğal altındakı Abxaziyada vətəndaşlarımızın Rusiyanın Abxaziyanı ilhaq etmək cəhdinə qarşı çıxması təsadüf ola bilər. Bu da uğurlu olmayacaq və insanlar harada azadlıq və müstəqillik uğrunda mübarizə aparırlarsa, hər yerdə qalib gələcəklər”.

Sonrakı yazı
Qəzzada bir il ərzində 17,4 min uşaq ölüb
Öncəki yazı
Mark Rutte: Biz Gürcüstana Avro-Atlantik inteqrasiya yoluna qayıtmağı tövsiyə edirik