Noyabrın 19-da Gürcüstanda (əsasən ölkənin qərb bölgəsində) yağıntılı hava şəraitinin davam edəcəyi, noyabrın 20-dən isə havanın soyuyacağı, istiləşəcəyi gözlənilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, noyabrın 19-da Tbilisidə az yağış, noyabrın 20-21-də isə yağmursuz hava şəraiti müşahidə oluna bilər.
Havanın temperaturu gündüz +15, +17 dərəcə olacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): noyabrın 19-da yağış yağacaq, soyuyacaq, noyabrın 20-21-də isə isti və yağmursuz hava gözlənilir. Gün ərzində havanın temperaturu +19, +22 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): noyabrın 19-da yağış yağacaq, hava sərinləşəcək, noyabrın 20-21-də isti və yağmursuz hava şəraiti gözlənilir. Gün ərzində havanın temperaturu +19, +22 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): noyabrın 19-da yağış yağacaq, soyuyacaq, noyabrın 20-21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində havanın temperaturu +15, +18 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 19-da yağıntılı, noyabrın 20-də hava şəraitinin dəyişəcəyi gözlənilir. Havanın temperaturu gündüz +9, +14 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): noyabrın 19-da bəzi yerlərdə yağış yağacağı, noyabrın 20-21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +12, +17 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): noyabrın 19-da bəzi yerlərdə yağış yağacağı, noyabrın 20-21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +12, +17 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): noyabrın 19-da bəzi yerlərdə yağıntılı olacağı, noyabrın 20-21-də isə yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +9, +14 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 19-da bəzi yerlərdə qar yağacağı, noyabrın 20-21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində havanın temperaturu +4, +9 dərəcə təşkil edəcək.