This is a specific ad

Gürcüstanın sabiq müdafiə naziri Rusiyada axtarışa verilib

238

Another advertisement

Rusiya hüquq-mühafizə orqanları qiyabi olaraq külli miqdarda dələduzluqda ittiham olunan Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib.

QafqazTürk Media xəbər verir ki, Moskva məhkəməsi onu qiyabi həbs edib.

D. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və bundan irəli gələrək, qərar qanuni qüvvəyə minib.

Məlumata əsasən, sözügedən şəxsin iki cinayət işi üzrə təqsirləndirilən şəxs olduğu və yenidən cinayət işi üzrə axtarış elan edildiyi deyilir.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
ABŞ-da meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı qeydə alınıb
Öncəki yazı
80 yaşlı müəllim 2-ci sinif şagirdinə qarşı cinsi zorakılıqda ittiham olunur