Another advertisement
UEFA “Millətlər Liqası”nın beşinci turunda Gürcüstan və Ukrayna milli futbol komandaları arasındakı matç 1:1 hesabı ilə başa çatıb.
QafqazTürk Media xəbər verir ki, görüşün ilk yarısı Ukrayna millisinin üstünlüyü ilə – 1:0 hesabında yekunlaşıb və ilk qolu gürcü futbolçu Saba Kvirkveliya öz qapısına vurub.
Görüşün ikinci qolunu isə Gürcüstan millisinin xeyrinə 77-ci dəqiqədə Giorgi Mikautadze vurub.
Hazırda Gürcüstan milli komandası Millətlər Liqasının B1 qrupunda birinci yerdədir. Bugünkü rəqibi olan Ukrayna isə 5 xalla hələ də sonuncu yerdə qalır.
Məlumdur ki, UEFA Millətlər Liqasının B1 qrupunda Çexiya millisinin 7, Albaniya millisinin isə 6 xalı var.