Another advertisement
Şimali Hindistanda xəstəxanada baş verən yanğında 10 yeni doğulmuş körpə dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, hökümət rəsmiləri məlumat yayıb.
Əldə olan məlumata görə, Hindistanın Uttar-Pradeş ştatının Chansi şəhərində xəstəxanada, daha doğrusu neonatal reanimasiya şöbəsində yanğın baş verib, nəticədə 10 yeni doğulmuş körpə ölüb, 16-sı isə yaralanıb.
Yerli hökumət nümayəndələrinin sözlərinə görə, şöbədə 55 yeni doğulmuş körpə müalicə olunurmuş.
Yanğının səbəbi hələlik məlum deyil.