Another advertisement
Almaniya kansleri Olaf Şolts təxminən 2 ildən sonra ilk dəfə Vladimir Putinlə danışıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Süddeutsche Zeitung” nəşri dərc edib.
Əldə olan məlumata görə, tərəflərin rəsmən açıqlamadığı telefon danışığı “çox hazırlıqdan sonra cümə günü baş tutub”. Nə Moskva, nə də Berlin söhbətin təfərrüatları barədə məlumat verməyib.
Məlumat üçün bildirək ki, Şoltsla Putin arasında sonuncu telefon danışığı 2022-ci il dekabrın 2-də olub.