“İşğal olunmuş Abxaziyada aksiya iştirakçıları parlamentin ərazisinə daxil olublar”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Əldə olan məlumata görə, Təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma olub.
Xatırladırıq ki, işğal olunmuş Abxaziyada Parlamentin iclası açılıb, iclasda “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanun layihəsinin ratifikasiyası nəzərdə tutulurdu. “Deputatlar” təsdiq etməyiblər və sessiya davam etməyəcək.
“Qanun layihəsi”nin ratifikasiya olunmasının əleyhinə olan “Parlament” binası yaxınlığında toplaşan mitinq iştirakçıları dağılışmaq niyyətində deyillər və sessiyanın keçirilməli olduğunu və “Deputatlar”ın “qanun layihəsinin” əleyhinə səs verməli olduğunu qeyd edirlər.
“İclas keçirilsin və deputatlar məsələni gündəlikdən çıxarsınlar. Bu tələb yerinə yetirilənə qədər biz buradan heç yerə getməyəcəyik ”, – deyə etirazçı müxalifət liderlərindən biri Adqur Ardzinba bildirib.