Another advertisement
Son bir neçə gündür ki, Suxumi hava limanında ilk texniki uçuşlar həyata keçirilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə işğal olunmuş Abxaziya prezidenti Aslan Bjaniya öz müsahibəsində məlumat verib.
Bjaniyanın sözlərinə görə, investor öz hesabına obyekti fasiləsiz elektrik enerjisi ilə təmin edə bilib.
2023-cü ilin payızında məlum olub ki, Suxumi hava limanının yenidən qurulmasını “İnfrastrukturun İnkişafı” MMC həyata keçirəcək.
Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Gürcüstanın ərazi bütövlüyünü tanıdığı üçün Suxumi hava limanını beynəlxalq hava limanı kimi tanımır. 2006-cı ildən təşkilat hava limanının kodunu ləğv edib və bu barədə məlumatları sənədlərdən çıxarıb.