This is a specific ad

İrakli Kobaxidzenin bəyanatlarına görə Moldova XİN Gürcüstan nümayəndəsini çağırıb

287

Another advertisement

Gürcüstanın baş nazirinin Moldova ilə bağlı verdiyi son bəyanatlara görə Moldova Xarici İşlər Nazirliyi Gürcüstan məsələlərinin müvəqqəti nümayəndəsi Davit Boçorişvilini çağırıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat dərc olunub.

Söhbət İrakli Kobaxidzenin Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin Sammitində Moldovanın Avropaya inteqrasiyası və prezident seçkiləri ilə bağlı səsləndirdiyi bəyanatlardan gedir.

“[Davit Boçorişviliyə] Gürcüstanın baş nazirinin ictimai çıxışlarda Moldova Respublikasının Avropaya inteqrasiyası və seçki prosesinə istinad etdiyi təhrif edilmiş və qeyri-ardıcıl üsluba görə Moldova tərəfinin dərin narazılığı barədə məlumat verilib.

Qeyd etmək istərdik ki, Moldova Respublikası ilə Gürcüstan arasında əməkdaşlıq və ənənəvi dostluq, eləcə də hər bir dövlətimizin Avrointeqrasiya prosesində qarşıya qoyduğu məqsədlər prioritet təşkil edilməlidir”, – deyə Moldovanın Xarici İşləri Nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, noyabrın 7-də İrakli Kobaxidze Budapeştdə jurnalistlərə deyib ki,  seçkilərdə ən çox problemin yaşanıldığı ölkə Moldovadır. Onun sözlərinə görə, Moldova əhalisinin cəmi 45%-i birbaşa Avropa İttifaqına inteqrasiyanı dəstəkləyir.

 

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Kükürdün normadan artıq olmasına görə bir neçə yanacaqdoldurma məntəqəsi cərimələnib
Öncəki yazı
Gürcüstanda “Qida Bankı” yaradılacaq…Bankdan kimlər istifadə edə biləcəklər…