Gələn ildən avtovağzallarda və şəhərlərarası sərnişin daşımalarında bir sıra dəyişikliklər nəzərdə tutulub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Quru Nəqliyyatı Agentliyinin direktoru Levan Qamkrelidze bildirib.
Onun sözlərinə görə, 2025-ci il iyunun 1-dən 150 kilometrdən artıq məsafədə yerləşən şəhərlərdə şəhərlərarası sərnişin daşımaları yalnız avtobuslarla həyata keçirilməlidir.
“Xişniklər” qadağan olunacaq. Bu, şəhərlərarası nəqliyyatın islahatı ilə paralel baş verəcək. Bütün bu maşınlar avtovağzalın içərisinə daxil olmalıdır. Avtovağzaldan başqa şəhərlərarası reyslər artıq olmayacaq. Müəyyən şərtlər var ki, dürücülər lisenziya almalıdırlar, əks halda nəqliyyat lisenziya ala bilməz. Yük maşını olan, ancaq sərnişin avtomobilinə çevrilmiş, oturacaqlar əlavə edilmiş, təhlükəsiz deyil, texniki baxışdan keçməmiş nəqliyyat vasitəsi heç bir şəkildə avtovağzal ərazisinə buraxılmayacaq və fəaliyyət göstərə bilməyəcək, çünki monitorinq xidməti və patrul böyük cərimələr yazacaq”, – Levan Qamkrelidze bildirib.