This is a specific ad

Ürəyi üç dəfə dayanan şəxsi tibb işçisi xilas edib

288

Another advertisement

Rustavidə təcili tibbi yardım maşınının tibb işçisi ürəyi 3 dəfə dayanmış şəxsi xilas edib.

Rustavinin 2-ci briqadasına səhər tezdən sinə ağrısı şikayəti ilə bağlı zəng gəlib. Təcili yardım briqadası gələndə yaşlı bir kişi siyanotik vəziyyətdə olub.

Xəstə nəfəs almaqda çətinlik çəkirmiş. Feldşer Davit Otaraşvilinin sözlərinə görə, xəstəyə periferik vena kateterizasiyası aparılıb və müvafiq müalicəyə başlanılıb.

Elektrokardioqramın qeydi zamanı qəfil ürək dayanması yaranıb.

Briqada üzvləri tərəfindən aparılan protokolla nəzərdə tutulmuş uğurlu reanimasiya tədbirləri nəticəsində nəbz və tənəffüs bərpa olunub.

Tibb işçiləri xəstənin mümkün qədər tez daşınması prosesinə başlayıb. Pilləkənləri endirərkən kişinin ürəyi yenidən dayanıb. Briqada üzvləri tərəfindən həyata keçirilən dolayı ürək masajı ilə ritm yenidən bərpa olunub.

Klinikaya qəbul zamanı üçüncü dəfə ürək dayanması qeydə alınıb. Tibb işçiləri yenə də ürəyi uğurla reanimasiya edə biliblər. Həmin şəxs həyati parametrləri stabil olaraq Rustavidə stasionarlardan birinə yerləşdirilib.

 

Sonrakı yazı
“Livanda məqsədlərimizə çatanadək atəşkəs olmayacaq”-İsrael Katz
Öncəki yazı
FİFA prezidenti Gürcüstana xüsusi səfər edəcək