Müharibəsiz bir dünya uğrunda!
Bu gün noyabrın 11-i Birinci Dünya müharibəsinin bitdiyi gündür.
Frans-Ferdinandın öldürülməsi bu müharibənin başlanmasına bəhanə olmuşdu.
Noyabrın 11-də bir sıra Avroa ölkələri Birinci Dünya müharibəsi (28. VII. 1914- 11.XI.1918) zamanı həlak olanlarını yad edir.
1914-1918-ci illərdə milyonlarla insan Avropanın bir hissəsinin digər hissəsinə qarşı olan müharibədə həlak oldu. Səngərlərdə, soyuqda, palçıqda, pis hava şəraitində, aclıqda davam edən dəhşətli müharibə idi.
Səbəbləri mürəkkəbdir: millətçilik, istilalar, yeni bazarlar və qələbə istəkləri. Bu, dövlətlərin dövlətlərə, imperiyaların imperiyalara, Fransa və müttəfiqlərinin Almaniya və onun müttəfiqlərinə qarşı olan bir müharibə idi.
Onda əksər insanlar bu müharibənin son müharibə olacağına ümid edirdilər. Təəssüf ki, bu, hələ də belə deyil!
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, bu gün, Birinci Dünya müharibəsinin 106-cı ildönümündə hamınıza müharibəsiz bir dünya, daha gözəl bir dünya arzulayırıq!