“Bu şəhər Rusiya təhlükəsi altında olanda mən burada dayanmışdım. Mən indi də buradayam, çünki Tbilisi yenə Rusiya təhlükəsi altındadır. Bu təhlükə o qədər də açıq olmaya bilər, tanklar yoxdur, lakin Rusiya təbliğatı, russayağı siyasət ucbatından ölkə təhlükədədir”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Polşa Parlamentinin Xarici Əlaqələr və Aİ məsələləri üzrə komitəsinin üzvü Mihau Kaminski prezidentlə görüşdən sonra deyib.
Onun sözlərinə görə, Gürcüstan, Polşa, Litva, Latviya, Ukrayna və Estoniyanın iki yolu var, “ya Avropaya inteqrasiya, ya da Rusiyanın əlinə keçmək”.
“Bu gün hakim partiya bizdən soruşanda ki, sizin burada olmaq hüququnuz nədir, biz cavab verəcəyik – Tbilisi təhlükə altında olanda mən burada prezident Kaçinski ilə birlikdə olmuşam. Mən bu səfəri dövlət katibi kimi təşkil etmişəm. Biz buraya Tbilisi rus işğalının birbaşa təhdid və təzyiqi altında olanda gəlmişdik.
Gürcü xalqının, eləcə də polyak, litva, latış, ukrayna və eston xalqları qarşısında iki yol var, ya Avropaya inteqrasiya, ya da Rusiyanın əlinə keçmək. Başqa yol yoxdur, ona görə buradayıq. Biz Gürcüstana rəğbətimizə görə buradayıq ki, bunu da sevgi adlandırmaq olar”, – Mihau Kaminski bildirib.