This is a specific ad

Mərkəzi Seçki Komissiyasından seçkilərlə bağlı protokolların ləğv edilməsi tələbinə cavab

222

Another advertisement

“Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”, “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan – Lelo xalq üçün, azadlıq üçün!” tərəfindən Dairə Seçki Komissiyasının icmal protokollarının ləğv edilməsi ilə bağlı edilən şikayətləri Mərkəzi Seçki Komissiyası təmin etməyib.

MSK sədri Qiorqi Kalandarişvilinin sözlərinə görə, şikayətlər əsassızdır.

“Güclü Gürcüstan” koalisiyası bütün dairə seçki komissiyalarının nəticələrinin ləğvini tələb edib. “Birlik – Milli Hərəkat” bütün dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair icmal protokollarının ləğv edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edib. SAİA isə bütün seçki dairələrinin nəticələrini yekunlaşdıran protokolun etibarsız sayılmasını və seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir.

Xatırladaq ki, sessiya bu gün səhər saatlarından səs-küy fonunda keçirilirdi, MSK sədri QiorQi Kalandarişvili “Birlik – Milli Hərəkat”ın üzvü Laşa Parulavanı sessiyadan xaric edib.

Laşa Parulava MSK nümayəndələrini seçkiləri saxtalaşdıranlar adlandırıb.

Sonrakı yazı
Paytaxtda etiraz aksiyası keçirilir – hərəkət məhdudlaşdırılıb
Öncəki yazı
Qətər İsrail və “HƏMAS” arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda vasitəçi rolunu dayandırıb