İran vətəndaşı və daha iki nəfər ABŞ Ədliyyə Nazirliyi tərəfindən seçkiqabağı kampaniya zamanı Donald Trampa sui-qəsd cəhdində ittiham olunub.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı “Sienen” yayıb.
KİV-in məlumatına görə, sui-qəsd planına prezident seçkiləri öncəsi Trampın öldürülməsi də daxildir.
Ədliyyə Departamenti 51 yaşlı İran vətəndaşı Fərhad Şakerə qarşı ittiham aktını açıqlayıb və onun Trampı öldürmək üçün plan hazırlamaq tapşırığı aldığını iddia edib. ABŞ hökuməti Şekerin həbsdə olmadığını və İranda olduğuna inanıldığını bildirir.
ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokuroru Damian Williams deyib ki, İran hökuməti bu şəxslərə ABŞ vətəndaşlarını, o cümlədən seçilmiş prezident Trampı ABŞ ərazisində və ondan kənarda hədəfə almağı əmr edib. İranlı Fərhad Şakeri ilə yanaşı Nyu-Yorkda yaşayan ABŞ vətəndaşları Karlayl Rivera və Conatan Lodholt ittiham olunurlar.