“Biz razılaşdıq ki, regionda sülh və sabitliyə sadiqlik Avropa qitəsi üçün mühüm əhəmiyyət kəsb edir”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç “İnstagram” sosial şəbəkəsində yazıb və Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonrakı təəssüratlarını bölüşüb
Serbiya Prezidentinin sözlərinə görə, söhbətdə iqtisadiyyat, təhlükəsizlik və enerji sahəsində ümumi çağırışlara toxunulub.
“Gürcüstanın baş naziri – İrakli Kobaxidze ilə mən iqtisadiyyat, təhlükəsizlik və enerji sahəsində ümumi çağırışlarla bağlı fikirlərimizi bölüşdük. Biz Serbiya və Gürcüstan arasında əlaqələri daha da gücləndirməyə hazır olduğumuzu vurğuladıq, həmçinin Avropaya gedən yolda ikitərəfli münasibətlərin və əməkdaşlığın yaxşılaşdırılmasının vacibliyini qeyd etdik.
Biz razılaşdıq ki, regionda sülh və sabitliyə sadiqlik Avropa qitəsi üçün vacibdir”, – Aleksandr Vuçiç deyir.