Muxrani qocalar evində baş verən yanğın nəticəsində iki benefisiar dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Dövlət Qayğı Agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 2 benefisiar da xəsarət alıb və müalicə müəssisəsinə yerləşdirilib.
“İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Qayğısı Agentliyi baş vermiş faciəli hadisədən dərin hüznlə kədərləndiyini bildirir, dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.
Mixeil Sarjveladze yerli hökumət nümayəndələri ilə birlikdə yaralılara baş çəkib, onların sağlamlıq vəziyyəti ilə tanış olub.
Muxrani sığınacağından faydalananların hamısı müvafiq yoxlamalardan keçərək müxtəlif sığınacaqlara köçürülüb və onlara bütün lazımi xidmətlər göstərilib. Faktla bağlı araşdırmalara başlanılıb”, – məlumatda deyilir.