This is a specific ad

Marneuli Bələdiyyə Məclisi Rövşən İskəndərov barədə qərar qəbul edib

272

Another advertisement

Marneuli Bələdiyyə Məclisi Rövşən İskəndərovun səlahiyyətlərini dayandırıb.

QafqazTürk Media xəbər verir ki, qərar Marneuli Bələdiyyə Məclisinin bu gün baş tutan növbədənkənar iclası zamanı alınıb.

Sözügedən məsələ ilə bağlı Marneuli Sakrebulo Aparatının rəhbəri Nino Beridze açıqlama verib. Onun sözlərinə görə, Rövşən İskəndərovun günahsız olduğu müəyyənləşərsə və səlahiyyət müddəti hələ başa çatmayıbsa, o zaman səlahiyyəti geri qaytarılacaq. Lakin, əgər səlahiyyət müddəti artıq bitibsə, şəxsə yalnız işə gəlmədiyi dövrün əməkhaqqı ödəniləcək.

Məlumat üçün bildirək ki, noyabrın 1-də Marneuli Magistr Məhkəməsi Rövşən İskəndərov və Etibar İskəndərov barəsində həbs-qətimkan tədbiri seçib. Növbəti məhkəmə iclası 25 dekabr tarixinə təyin olunub. Rövşən İsgəndərov və onun əmisi oğlu Etibar İsgəndərov seçkilərin saxtalaşdırılmasında ittiham olunurlar.

Nəzərinizə çatdıraq ki, Rövşən İskəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavinidir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Qocalar evində baş verən yanğın ölümlə nəticələnib
Öncəki yazı
,,ფერეიდანში ვაზის მოვლას ისეთი მძიმე შრომა არ სჭირდება, როგორც ჩვენთან. იქ ნაკლებად იცის ვაზმა დაავადება