Another advertisement
“Güclü Gürcüstan” siyasi birliyinin mərkəzi ofisində müxalifət liderlərinin görüşü keçirilir.
Müxalifətin görüşündə “Birlik-Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” liderləri iştirak edir.
“Güclü Gürcüstan” liderlərindən biri olan Levan Çuçkiridzenin görüşdən əvvəl açıqlamasına görə, məsləhətləşmə görüşünün əsas məqsədi “oğurlanmış seçkilərə imkan verməməkdir”.
Məlumat üçün bildirək ki, bu gün saat 19:00-da üç siyasi birlik: “Birlik-Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya” və “Güclü Gürcüstan” Rustaveli prospektində aksiya keçirməyi planlaşdırıb.
Məlumata görə, bugünkü mitinqdə müxalifətin fəaliyyət planı təqdim olunacaq.