This is a specific ad

“Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək”-Dimitri Medvedev

220

Another advertisement

“Respublikaçılar Partiyası”ndan ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək”

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Donald Tramp müharibəni dayandırmağa cəhd etsə, 1963-cü ildə qətlə yetirilən ABŞ-ın keçmiş prezidenti Con Kennedinin taleyini bölüşə bilər.

“Sənə sövdələşmə təklif edəcəyəm” və “Mənim əla münasibətim var…” kimi bayağı fikirləri səsləndirən yorğun Tramp da sistemin bütün qaydalarına riayət etmək məcburiyyətində qalacaq. O, müharibəni dayandıra bilməz və əgər həqiqətən cəhd etsə, o, yeni JFK (Con Fitzgerald Kennedy) ola bilər”, – Medvedev bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Noyabr ayının ən uğurlu günləri
Öncəki yazı
“Rusiya-Ukrayna münaqişəsi ədalətli şəkildə həll edilməlidir”-Hakan Fidan