Another advertisement
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, baxmayaraq ki, heç bir tərəf müharibə prosesində uduzan tərəf olmaq istəmir, yenə də Rusiya ilə Ukrayna arasında ortaq dil axtarışları davam edir.
“Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Dost acı həqiqəti desə də, çəkinmədən hər iki tərəfi dinləyirik. Bizim etdiyimiz budur”, – Hakan Fidan müsahibəsində deyib.
QafqazTürk Media xəbər verir ki, Hakan Fidan münaqişənin ədalətli həllinin Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalı olduğunu qeyd edib.
“Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır”, – Türkiyə XİN rəhbəri bildirib.