This is a specific ad

Rövşən İskəndərovun vəkili: “Məhkəmənin bu günki qərarını Apellyasiya məhkəməsinə şikayət edəcəyik”

888

Another advertisement

“Müdafiəmdə olan şəxslər özlərini təqsirli hesab etmirlər. Biz, şübhəsiz ki, bugünkü qərardan müəyyən edilmiş müddət ərzində Tbilisi Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Sakrebulo sədrinin müavini Rövşən İskəndərov və onun qohumu Əkbər İskəndərovun vəkili Zurab Dalakişvili bildirib.

Zurab Dalakişvilinin qeyd etdiyinə görə, yayılan görüntülər kontekstdən çıxarılıb və bu kadrlardan əvvəl baş verənlər maraqlıdır.

“Bu kadrlardan əvvəl baş verənlər maraqlıdır. Cəmiyyət bunu mütləq biləcək. Həmin kadrlar əslində saxtakarlıq məsələsi ilə bağlı deyil və nə ilə bağlı olduğunu mütləq müvafiq mərhələdə öyrənəcəksiniz”, – Zurab Dalakişvili bildirib.

Onun açıqlamasına görə, növbəti məhkəmə dekabrın 25-nə təyin edilib.

“Onlar seçki saxtakarlığı, irəli sürülən ittihamlarla razılaşmırlar, təfərrüatlara gəlincə, mən indiki mərhələdə digər təfərrüatları açıqlamayacağam, çünki istintaq davam edir. Növbəti məhkəmə dekabrın 25-nə təyin edilib. İndiki mərhələdə istintaqın maraqlarına əsaslanaraq, mən bundan başqa heç nə deyə bilmərəm”, – Zurab Dalakişvili bildirib.

Məlumat üçün bildirək ki, bülletenləri qanunsuz şəkildə seçki qutusuna atdıqlarına görə həbs edilən Şəhər Şurası sədrinin müavini Rövşən İskəndərov və Əkbər İskəndərov ötən gün Gürcüstan Cinayət Məcəlləsinin 164³ (Seçki saxtakarlığı) maddəsi ilə ittiham olunublar. Maddə 2 ilə qədər həbsi nəzərdə tutur.

Sonrakı yazı
Avtomobil piyada qadını vurub
Öncəki yazı
2 Noyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı